Ramiz Rzayevin gömrük rəisi olan qardaşı yola salınır – Üç gün əvvəl isə…backend

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev tutduğu vəzifədən azad edilir.

“Yeni Gundem” bildirir ki, bu barədə Gununsesi.info-ya gömrük orqanlarındakı mənbə bildirib.

Məlumata görə, Rauf Rzayevə təqaüdə göndərilməsi üçün könüllü ərizə yazdırılıb.

Üç gün əvvəl Rzayev şəxsi heyətlə vida görüşü də keçirib.

Növbəti həftə onun işdən azad olunması barədə əmri elan olunacaq.

Qeyd edək ki, Rauf Rzayev Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevin qardaşıdır.

Rauf Rzayev gömrük orqanlarında qalmaqallı şəxs kimi xatırlanır.

Qardaşı Ali Məhkəmə sədri olduğu üçün keçmiş komitə sədrləri onu “vura” bilməyib.