Ramiz Zeynalovun xidmət müddəti başa çatdıbackend

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu gün R.Zeynalovun xidmət müddətinin sonuncu günüdür.

Generalın vəzifədən azad edilib-edilməyəcəyi məlum deyil. Müddət daha 1 il də artırıla bilər.

Qeyd: 2021-ci ilin mayın 26-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov R.Zeynalovun daxili işlər orqanlarında xidmət müddətini bir il artırıb.

2022-ci ilin fevralın 19-da Ramiz Zeynalovun 71 yaşı tamam olub.