Rasim Əliyev vəfat etdibackend

Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yaxınları tərəfindən paylaşılıb.

Məlumata görə, R.Əliyev 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Gəncə şəhərində anadan olan memar, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.

Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır.

Xatırladaq ki, R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.