Rauf Hacıyevin 100 illik yubileyi keçirilibbackend

Gəncədə görkəmli bəstəkar Rauf Hacıyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

“Yeni Gundem” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş konsert proqramı baş tutub.

Konsert Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri (bədii rəhbər və baş dirijor Respublikanın Xalq artisti Rafael Bayramov) və “Xəmsə” estrada qrupu (bədii rəhbər Şəhriyar Tağıyev) tərəfindən təqdim edilib.
Konsert proqramı tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

Fərahim RƏHİMOV