Rayon qeydiyyatında olanlara mühüm xəbər: Gələn aydan… – VİDEObackend
İcbari Tibbi Sığorta Agentliyi 3 istiqamət üzrə mühüm dəyişikliklər edib. Artıq rayon qeydiyyatında olub Bakıda yaşayan vətəndaşların da işi asanlaşacaq. Sığortalı şəxslər ambulator müalicə üçün rahat şəkildə TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrinə müraciət edə biləcəklər. Daha bir yenilik isə agentliyin  müqavilə bağladığı özəl xəstəxanalarla bağlıdır.
Vətəndaşlardan amblator müalicə üçün göndəriş vərəqəsi tələb olunmayacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” qaydasına dəyişikliklər edib. Agentliyin departament rəhbəri Aynurə Əhmədova bildirib ki, artıq vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan yaşadığı ərazi üzrə, eləcə də Bakı da daxil olmaqla digər şəhər və rayonlarda tibb müəssisəsinə müraciət edə biləcəklər.
Agentlik özəl tibb müəssisələri ilə bağlı da mühüm yenilik edib.
Aynurə Əhmədova qeyd edib ki, dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri sığortalı vətəndaşlara ixtisaslaşırılmış tibbi xidmət göstərə bilmədikdə  agentliyi məlumatlandıra biləcəklər. Müraciət əsasında, vətəndaşların müalicəsi digər xəstəxanalarda aparılacaq.
Qeyd edək ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir.