Rayon təhsil şöbələri ləğv edilir?backend

“Regional idarələrin yaradılması rayon və şəhər təhsil şöbələrinin ləğv edilməsi demək deyil”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev ölkə başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.

O deyib ki, hər rayonda təhsili idarə edən qurumlar olacaq. Onlar regional idarələrin tabeliyində fəaliyyət göstərəcək.

Regional idarələr həm vətəndaş müraciətlərinə vaxtında baxılması, həm də yerli məsələlərin həllinə müsbət təsir edəcək.