Rayonlararası sərnişindaşımaya icazə verilirbackend

Bu gündən Azərbaycanın şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

“Yeni Gündəm”in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Qərara əsasən, saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

Regionlararası ictimai nəqliyyatda maska taxmaq, məsafə saxlamaq və dezinfeksiya tədbirləri tələb olunacaq.