Reabilitasiya Pansinoatında pasiyentlərin ehtiyacı olan bütün resurslar var – Qarabağ qazisibackend

Şagan Reabilitasiya Pansinoatında müalicə alan, Birinci Qarabağ müharibəsi əlili Yəhya Məmmədov mərkəzin xidmətlərindən razı qaldığını bildirib.

“Yeni Gundem”-ə danışan Qarabağ müharibəsi qazisi fikirlərini ifadə edərək, bildirib ki, Reabilitasiya Pansinoatında pasiyentlərin ehtiyacı olan bütün resurslar var:

“Reabilitasiya mərkəzinə hər il gəlirəm. Elə il olur ki, iki dəfə gəlirəm. Çox yaxşıdır. Hər şeydən razıyam, çox yaxşı qulluq edirlər. Ehtiyac olan bütün resurslar işləyir. Həkimlərin qayğısı çox gözəldir.Mən çox razıyam.

Biz düşünür ki, butün bunlar Ali Baş Komandanımızın müharibə iştirakçılarına, qazilərə xüsusi dəstəyin göstəricisidir. Yenə deyirəm, bu hamısı Ali Baş Komandanın sayəsindədir. Allah şanlı Azərbaycanı Ordusunu qorusun. Müharibədə qanımız bahasına vətən uğurunda vuruşduq. Çox çətin oldu. Bu gün Qarabağ azaddır. Çox sevindiricidir”,- o, deyib.