RƏCƏB TAYYİB ƏRDOĞAN: “BİZ GEDƏRİK, SİZ DƏ GƏLƏRSİNİZ.”backend

9 qat Dünya, 3 qat Avropa çempionu Araz Musayev 14 oktyabr 2019-cu il tarixdə Türkdilli Dövlətlərin Sammitində iştirak etmək üçün Bakıya gələn Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdür.

Araz Musayev Türkiyə Prezidentinə xatırlatmişdır ki, ötən görüşlərinin birində o, Türk xalqının, onun yolunda şəhid olmağa hazır olduğunu bildirmişdi. İndi həmin məqam yetişib, Türkiyə Ordusu terrorçularla qəhrəmancasına mücadilə aparır. Araz Musayev bu günlərdə Qarabağ qaziləri ilə birgə Türk xalqına dəstək məqsədilə “Barış çeşməsi” əməliyyatında terrorçulara qarşı Türkiyə Ordusunun sıralarında bir minbaşı kimi mehmetciklərlə çiyin-çiyinə mücadilə etmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etdiyini vurğulamış və buna hazır olduğunu söyləmişdir. Rəcəb Tayyib Ərdoğan isə bu barədə məlumatlı olduğunu və məmnunluğunu ifadə etmiş və Araz Musayevə demişdir: “Biz gedərik, Siz də gələrsiniz.”