Rəfah Sərhəd Qapısı açıldıbackend

Qəzzada fələstinlilərin dünyaya açılan yeganə qapısı olan Rəfah Sərhəd Qapısı açılıb. Xarici pasport sahiblərinin və ağır yaralananların Misirə təxliyyəsinə başlanılıb.

Həmçinin “Yeni Gundem”in əldə etdiyi məlumata görə, eyni zamanda Qəzzada səhiyyə sistemi tamamilə çöküb.

Elektrik enerjisinin də kəsildiyi Qəzzada yaralılar ağır şəraitdə müalicə olunur.

Misir və Qəzzanı birləşdirən Rəfah Sərhəd Qapısının açılması bölgədəki səfərbərlik üçün böyük əhəmiyyət kəsb edir.

Misir, Həmas və İsrail razılığa gəlib

Rəfah Sərhəd Qapısı həm də Qəzzada fələstinlilər üçün dünyaya açılan yeganə qapıdır.

Misir, Həmas və İsrail Rəfah Sərhəd Qapısını açmağa razılaşıblar.

ABŞ və Qətərin təşəbbüsləri ilə aparılan danışıqlarda əcnəbilər və ikili pasport sahibləri, habelə sağlamlıq vəziyyəti ağır olan fələstinlilər Misirə keçə biləcəklər.

Digər tərəfdən, Refah Sərhəd Qapısının gün ərzində açılması gözlənildiyi halda, son anda bir inkişaf da yaşanıb.

Hazırda açıq olan sərhəd qapısından xarici pasport sahibləri və ağır xəsarət alanlar keçə bilər.

Rafah Sərhəd Qapısı açıldıqdan sonra yaralıları daşımaq üçün təcili yardım maşınları Misirdən Qəzzaya daxil olub.

Mənbə: EnSonHaber

Aynur Camal