Rəhman Qurbanov təqaüdə göndərildibackend

SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanov vəzifəsindən azad olunub.

“Yeni Gundem”in məlumatına görə, o yaş ilə əlaqədar təqaüdə çıxıb. Onun yerinə isə  “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov təyin olunub.

Qeyd edək ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.