Xəbər verdiyimiz kimi, Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanoğlu bu gün səhər saatlarında vəfat edib. Rəhman Rəhmanov Lent.az-a oğlunun ölüm səbəbini açıqlayıb.
“Xəstə yatmırdı, anidən olub. Trombu var idi, böyrəkləri işləmədi… Bu dəqiqə dəfnə hazırlaşıram, meyiti hələ ortadadır, danışa bilmirəm”, – o bildirib.
Qeyd edək ki, gözəl səsi olan Emil Rəhmanoğlu uzun müddət narkotik asılılığından əziyyət çəkib. O, 2005-cı ildə “Azəri-star” mahnı müsabiqəsinin iştirakçısı olub. 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb. 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib.
2 dəfə ailəli olub. 43 yaşı var idi.