Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.
“Yeni Gündəm” xəbər verir ki, Bakupost.az Əli Cahangirlinin fotosunu və onun özünə qəsd etməsi ilə bağlı bəzi məlumatları əldə edib.
1986-cı il təvəllüdlü Əli Cahangirli Naxçıvanda anadan olub, 12 ildir gömrük sistemində çalışıb. İşlə bağlı hansısa problemi olmayıb.
Hadisə baş verən gün, yəni dünən axşam, işdən sonra dostları ilə görüşüb, birlikdə şam edib, yeyib-içiblər.
Məclisdə dostları ilə söhbət edən gömrükçü həvəsdən düşdüyünü, həyatdan bezdiyini deyib. Daha sonra həmişə istifadə etdiyi taksini çağırıb, evə gedib.Həmin gün Əlinin ailə üzvləri evdə olmayıb. Taksi sürücüsü onun vəziyyətini görüb və onunla qalıb. Səhərə kimi yemək süfrəsi arxasında söhbət ediblər.