Rektor Elçin Babayevin deputat olmaq istəyən müşaviri Bəxtiyar Əliyevə rəqibdirbackend

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində seçki dairələri maraqlı namizədlərlə diqqət çəkir.

“Yeni Gundem” xəbər verir ki, müzakirə olunan dairələrdən biri də 119 saylı Ağdam seçki dairəsidir.

Dairədə 7-si bitərəf olmaqla 9 namizəd qeydə alınıb. Bitərəflər sırasında adı çəkilən VI çağırış Milli Məclisin deputatı Bəxtiyar Əliyevin maraqlı rəqibləri var. Onun birinci rəqibi Yeni Azərbaycan Partiyasını təmsil edən “Azərişıq” ASC-ni̇n Aran RSTSİ-nin Ağdam Elektrik Şəbəkəsinin rəisi İbrahim Məmmədov, bitərəflər sırasında yer alan Bakı Dövlət Universitetinin rektor müşaviri Şəbnəb Səfərova və Azərbaycan Xalq Partiyasını təmsil edən Hüseyn Behbudovdur.