Rektor mənimsənilən 140 min manata görə istintaqa çağırıldıbackend

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində cinayət işi üzrə istintaq davam edir.

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva istintaqa çağrılıb. İstintaq zamanı rektorun ifadəsi alınıb.N.Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyən sabiq işçisi ilə üzləşdirilib.

Qeyd edək ki, D.Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.Manşet.az