Rəmzi Yusubov vəfat etdibackend

Azərbaycan voleybol hakimi Rəmzi Yusubov vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. Onun uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, R. Yusubov keçmiş SSRİ-nin 10 ən yaxşı hakimindən biri hesab olunurdu. O, İttifaq yarışlarından daha sonra müstəqil Azərbaycanın çempionatlarında da hakimlik etmişdi.