“Paxıllıq edən insan özünə ziyan verir. Bütün müsbət enerjisi gedir, yerinə mənfi gəlir. Kiminsə yaxşı işinə, qalibiyyətinə, uğuruna həsəd aparmaq lazımdır, paxıllıq etmək yox”. Bu sözləri “Yenigundem”-e açıqlamasında istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev deyib. Elton əksər rəqqasələrin tanınmış rəqqasə Renkanın paxıllığını çəkdiyini bildirib: “Renkaya həsəd aparan çoxdur. Bunu da çəkinmədən orda – burda deyirlər. Bu normaldır. Renkanın paxıllığını çəkənlər də az deyil. Bu hisslərdən o uzaqdır. Heç kimin paxıllığını çəkmir. Çünki bu, insanı qabağa getməyə qoymur. “Tovuz quşu” libası məsələsində əksər rəqqasələr Renkaya paxıllıq etdi. Bunu da açıq-aşkar büruzə verirdilər”.
https://www.youtube.com/watch?v=8aFQfZbma4E