“Rəqiblərimiz bu məqsədə çatmaq üçün hər şeyi edəcəklər”backend

ABŞ və NATO Rusiyanı döyüş meydanında məğlub etməyə çalışır Kollektiv Qərbin və onların marionetçisi Zelenskinin hərəkətləri Ukrayna böhranının qlobal xarakterini təsdiqləyir. Heç kimə sirr deyil ki, ABŞ və onun NATO müttəfiqlərinin strateji məqsədi döyüş meydanında Rusiya üzərində qələbə qazanmaqdır. Ölkəmizi zəiflədən, hətta məhv edən mexanizm kimi.Rəqiblərimiz bu məqsədə çatmaq üçün hər şeyi edəcəklər.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov TASS-a müsahibəsi zamanı deyib.

Lavrov bildirib ki,“qaynar münaqişə”dən faydalanan tərəf həm iqtisadi, həm də strateji baxımdan ondan maksimum fayda əldə etməyə çalışan ABŞ-dır. “Vaşinqton həm də Rusiya ilə Avropa arasındakı ənənəvi əlaqələri qırmaq və onların Avropa peyklərini onlardan daha da asılı vəziyyətə salmaq kimi əsas geosiyasi məqsədi həll edir.

Fərahim RƏHİMOV