Rəqsanə: “Əlimə nə keçdi yeyirəm”backend

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova artıq çəki almasından şikayət edib.

“Yeni Gündəm” verir ki, Rəqsanə İsmayılova bu sözləri qeyd edib:

“Karantin məni də kökəltdi. Bu arada çəkimi gizlədə bilmirəm. Nə qədər pəhriz saxlamaq olar? Əlimə nə keçdi yeyirəm, dünyanın nazı-nemətinə nə qədər gözucu baxım! Yeni il gələnə qədər pəhriz yoxdur. İnşallah, yeni ildən hər şeyə başlayacam”.

Qeyd edək ki, Rəqsanə İsmayılova Fazil Əmiraslanov ilə evlidir və cütlüyün əkiz övladları var.