Rəqsanə Hacı Şahinin qəbrini gecə ziyarət edib – VİDEObackend

Müğənni Rəqsanə İsmayılova ötən gün gecə saatlarında mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarını ziyarət edib.

“Yeni Gundem” xəbər verir ki, sənətçi Hacı Şahinin qəbrinə həm öz adından, həm də iş adamı və həyat yoldaşı Fazil Əmiraslanovun adından əklil qoydurub.

Rəqsanə ilahiyyatçının məzarı başında göz yaşlarını saxlaya bilməyib.

Sənətçinin bu kədərli anları ətrafdakı kameralar tərəfindən görüntülənib.