Rəşad Dağlı bu meyxanaçını da bıçaqlayıbmış- FOTObackend

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı qonşusu 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqlayaraq qətlə yetirib.

“Yeni Gundem” xəbər verir ki, məşhur meyxanaçı bir neçə il bundan öncə də adam bıçaqlamışdı. Belə ki, R.Dağlı 2017-ci ildə həmkarı Rüfət Nasosnunu bıçaqla ayağından yaralamışdı.

Hadisəyə səbəb isə məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışmağa qərar verirlər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlamasıyla nəticələnmışdi.

UNİKAL