Rəşad Dağlının oğlu: “Şərəfsizin daha biri üzə çıxıb” – FOTObackend

Meyxanaçı Rəşad Dağlının azyaşlı oğlu Yusif Əmirov sosial şəbəkədə yeni paylaşım edib. 

“Yeni Gundem” xəbər verir ki, o, tiktok platformasında Yusif Rəşadoğlu adlı saxta profil açıldığını bildirib.

 

Yusif həmin paylaşıma “Şərəfsizin daha biri üzə çıxıb. Heç kim bu dələduzlara inanmasın. Tiktok istifadə edənlər maksimum şikayət edək” sözlərini də yazıb.

Qeyd edək ki, bir müddət əvvəl də Rəşadın övladının adına saxta hesab açılaraq meyxanaçıya dəstək adı altında pul yığılıb.

(baku.ws)