Rəşad Dağlının övladlarına YENİ İL SÜRPRİZİ – FOTObackend

Meyxanaçı Rəşad Dağlının övladları üçün Yeni il sürprizi edilib.

Meyxanaçı Balaəli Maştağalı və prodüser Ataş Hüseynov Rəşadın evinə Yusif və Betülə Şaxta Baba və qar qız dəvət ediblər.

Onların bu addımı uşaqları sevindirib.

Yusif sosial şəbəkə hesabında paylaşım edərək Ataş və Balaəliyə təşəkkür edib:

“Sizə çox təşəkkür edirik. Yeni il günü gəlib bizi təbrik etdiniz. Sürpriz etdiyiniz Şaxta baba və qar qız bizi çox sevindirdi”./Baku.ws