Rəsmi Ankaradan Ermənistandakı hadisələrə – Reaksiyabackend

“Türkiyə Ermənistandakı hərbi çevriliş cəhdini şiddətlə qınayır”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Piter Siyyarto ilə görüşdən sonra keçirilən ortaq mətbuat konfransında bildirib.

“Ermənistandakı çevriliş cəhdini qətiyyətlə pisləyirik. Dünyanın istənilən yerində hər hansı bir hərbi çevrilişə və ya çevriliş cəhdinə qarşıyıq”,- deyə Çavuşoğlu qeyd edib.Qafqazinfo