“Rəsmi Brüssel üçün Azərbaycanın mövqeyi, Azərbaycan Prezidentinin təklifləri son dərəcə vacibdir” – AÇIQLAMAbackend

Avropanın siyasi mərkəzində üçtərəfli görüş artıq dördüncü dəfədir ki, keçirilir. Azərbaycanın təklif etdiyi həll etmə planı, ssenarisi demək olar ki, birmənalı şəkildə Avropa İttifaqı tərəfindən qəbul edilib və təqdir olunur.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Tofiq Abbasov Ermənistan qalib tərəfin bütün təkliflərini qəbul etməli olduğunu qeyd etdi.

“Bu prosesdə əlbəttə ki, Ermənistanın razı olmadığı məsələlər var. Ancaq Ermənistan məğlub ölkədir. Qalib tərəfin bütün təkliflərini qəbul etməlidir. Xüsusi ilə bunu deyim ki, bu təkliflər heç bir beynəlxalq hüquq normalarına zidd deyil. Bu təkliflər bölgədə tezliklə sülhün bərqərar olmasına hesablanır.”

Politoloqun fikirincə, Ermənistan Brüssel görüşünüdə də Moskova və Soçi görüşlərində tətbiq etdiyi taktikanı uğurla davam etdirir.

“Biz Ermənistan tərəfindən çox saylı vədlər eşitmişik, görmüşük. Moskova və Soçi görüşlərində də eyni hadisələrin şahidi olmuşuq. Üzərinə götürdüyü, məsələləri icra etmirlər. Eyni taktikanı Brüsseldə də tətbiq edirlər. Ancaq Şarl Mişel özünün təmsil etdiyi dövlətlər birliyi adından son dərəcə təkidlə yanaşır və bildirib ki, rəsmi Brüssel üçün Azərbaycanın mövqeyi, Azərbaycan Prezidentinin təklifləri son dərəcə vacibdir.”

Foto və video görüntülərindən Paşinyanın üzgün, ümidsiz görünməsinin səbəbini Azərbaycan qalibiyyətindən irəli gələn effekti olduğunu söyləyən politoloq, bu görüşün ölkəmiz üçün yeni tividentlerin gətirməsinidə açıqladı .

“Üçtərəfli görüş Azərbaycan üçün tividentlər gətirdi .İlk növbədə bu diplomatik tividentlərdir. Çünki biz özümüzü sülhpərvər dövlət kimi təsdiqləmişik, işlək mexanizmlər irəli sürürük ki ,onlar neft, qaz təminatı ilə bağlıdır.

Tofiq Abbasov yaxın gələcəkdə Azərbaycan və Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişinin imzalanmasını siyasi gündəmdə olduğunu bildirdi.

“Biz Cənubi Qafqazın lider ölkəsi kimi bütün sahələrdə özümüzün artan imkanlarını nümayiş etdiririk. Avropa İttifaqı buna çox həssaslıqla yanaşır çünki, Avropa İttifaqının şərq siyasəti var. Şərq Tərəfdaşlığı Planı hələ ki, qüvvədədir. Yaxın zamanlarda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişinin imzalanmasınıda gözləyirik. Azərbaycan Avrasiya məkanında mobil, rasional siyasət yeritməklə, özünü çox vacib bir məmləkətə çevirib. Bunu anlayan tərəfdaşlarda dinamiziminin sönməməsinə çalışırlar”.

Fərahim Rəhimov

Yenigundem.az