Rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınmalıdırbackend

Erməni vəhşiləri 30 il işğal altında saxladıqları ərazilərimizi viranəyə çevirib, talayıb, daşı daş üstündə qoymayıblar. Bu illər ərzində mənfurlar işğal etdikləri ərazilərimizdə maddi-mədəni sərvətlərimizi dağıdıb, tarixi abidələri, evləri, inzibati binaları, bütün tikililəri terrora məruz qoyub, zəngin ekosistemimizə divan tutublar. Eyni zamanda, bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaratmağa çalışıblar. Bütün bunlar faşist xislətli erməni vandallarının  insanlığa, təbiətə qənim kəsilmələrindən bir daha xəbər verir. Şübhəsiz, bəzi beynəlxalq qurumların və dövlətlərin dünyaya fəlakətlər yaşatmaq  missiyası ilə gəlmiş bu vandal tayfanın ağlasığmaz əməllərinə göz yummaları onların zaman-zaman  quduzlaşmalarına şərait yaradıb. Şanlı ordumuz işğal altında olan torpaqlarımızı erməni quldurlarından azad etdikdən sonra nümayiş etdirilən kadrlarda bu mənfurların yurdlarımızı necə talan etdiklərinə dünya da artıq şahidlik edir.

Ermənilərin vəhşiliyini dünya bilməlidir, həmçinin Azərbaycanı heç bir əsas olmadan ittiham edənlər cəzasını çəkməlidir. Hələ də işğalçı Ermənistanı beynəlxalq aləmdə dəstəkləyən qüvvələr az deyil. Onlar Vətən müharibəsi dövründə, eləcə də indiki vaxtda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə haqq qazandırır, hətta azərbaycanlıları təcavüzkar kimi göstərməyə çalışırlar. Belə bir şəraitdə təbii ki, dövlət başçımızın sözügedən istiqamətdə fəaliyyətini gücləndirməsi, regionun yeni inkişaf istiqamətlərini müəyyənləşdirməsi, işğaldan azad edilmiş ərazilərimizə mütəmadi səfərlər etməsi, yeni obyektlərin təməllərini qoyması olduqca təqdirəlayiqdir.

Dünya erməni vəhşiliyinə biganə qalmamalıdır. Kifayət qədər faktların olmasına baxmayaraq, ermənilərin törətdikləri bu dəhşətli soyqırımı beynəlxalq  aləm tərəfindən qınaq obyektinə çevrilmədiyinə, öz siyasi-hüquqi qiymətini almadığına, günahkarlar ədalət mühakiməsinə cəlb olunmadığına görə onlar sonrakı illərdə də xalqımıza qarşı bu cür vəhşiliklər törədilib.

Unutmayaq ki, ermənilərin xalqımıza qarşı törədikləri bütün kütləvi qırğınlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Odur ki, gələcəkdə belə kütləvi qırğınlardan sığortalanmaq üçün erməni faşizminin darvanışlarına dünya miqyasında hökmən layiqli qiymət verilməlidir.

Dünya bütun bu vəhşiliklərə, faciələrə susmamalıdır və rəsmi İrəvanı terrorçu, cinayətkar ölkə kimi tanınmalıdır.

Leyla Haşumova

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti.