Rəsmi İrəvanın revanşist siyasəti manipulyasiya alətidirbackend

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir;

Sentyrabrın 12-dən 13-nə keçən gecə erməni silahlı bölmələri atəşkəs rejimini pozmuş və bir daha öz mənfur siyasətini bəlli etmişdir. Ümumiyyətlə,2020-ci ildə imzalanan sülh müqaviləsindən sonra ölkəmiz sülhün bərqərar olmasına çalışsa da, düşmən ölkə mütəmadi olaraq atəşkəsi pozmuşdur. Və bu illər ərzində hər iki tərəfin də yetəri qədər itkisi olmuşdur.

İndi isə,son günlər olan hadisələri qısaca məruzə edək:

Sentyabrın 12-dən 13-nə keçen gecə düşmən müxtəlif iri silahlarla atəşkəsi pozdu. Və bir neçə gün davam edən şiddətli döyüşlərdə qarşı tərəfin 200-dən çox itkisi oldu. Azərbaycan bu şiddətli döyüşlərdə 71 qəhrəmanını, şəhidini həm böyük ürək ağrısı həm də alnıaçıq başıuca halda qarşıladı.Və ordumuz bu qısamüddətli döyüşlərdə bir neçə yüksəkliklərdə nəzarəti ələ keçirdilər. Və bunlar elə bir yüksəkliklərdir ki, düşmənin bizim üçün ən böyük təhlükə yaratmasına səbəb olurdu və ordumuz sayəsində artıq bunun qarşısı alındı və düşmən həm hərbi həm də canlı cəhətdən xeyli itki verərək geri çəkilib.

Amma düşmən mənfurluğuna təəssüf ki,davam edir. Bütün ictimaiyyətə “Azərbaycan torpaqlarımıza yürüş etdi, evlərimizi, mülki insanlarımızı məhv etdi” kimi yalanlar yaymaqda məşğuldurlar. Hətta silah-sursatı artıq mülki əhalinin evlərinin həyətlərində qoymuşdu ki, ordumuz silah-sursata atəş açan zaman zərər görən evləri dünyaya haqlıymış kimi təqdim edə bilsinlər.

Ermənistanın baş naziri Nikol Paşinyan nə olur olsun,xalq məni devirmək istəsə də sülh müqaviləsini imzalayacam dedikdən sonra xalqın etirazından qorxaraq,fikrini dəyişdiyi halda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və bütün Azərbaycan xalqı daima sülh tərəfdarı olduğunu bildirmişdir. Və bu bir daha da hansı tərəfin daha sülhmeyilli olduğunun sübutudur.

Bir daha Azərbaycan xalqı və ordusu düşmənin heç bir həmləsindən qorxmadığını,hər zaman məğrur və güclü olduğunu bütün dünyaya sübut etdi.

Məmmədova Əfşan

Azərbaycan Dövlət Pedaqoji Universiteti