Rəsmi Moskva Ankaradan açıqlama gözləyirbackend

Rəsmi Moskva oktyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın Vitse-prezidenti Mayk Pens arasında baş tutan görüşdən sonra  əldə olunmuş 13 maddəlik anlaşma haqqında Ankaradan məlumat gözləyir.

“Yeni Gundem”in xəbərinə görə, bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçüsü Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Sülh Çeşməsi hərəkatı”na 120 saat fasilə verməsinə səbəb olan razılaşma ilə bağlı təfərrüatları Türkiyədən gözlədiklərini bəyan edib.

Qeyd edək ki, R. T. Ərdoğan Suriyadakı vəziyyəti müzakirə etmək üçün 22 oktyabrda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.