“Rəsmi Moskva konkret addımlar atmalıdır.”- Xəyal Bəşirovbackend

Artıq növbəti dəfə Rusiya tərəfindən belə bir informasiya təxribatının şahidi oluruq. Ümumiyyətlə, qeyd edim ki, Rusiyanın həmin ordusu 10 noyabr 2020-ci il tarixdən Azərbaycanın razılığı ilə, bəyanata uyğun olaraq Azərbaycanın bəzi ərazilərində yerləşdirildikdən, yəni sülhməramlı missiya üçün yerləşdirildikdən sonra bir sıra bu kimi təxribatlara yol veriblər. Çox təəssüflər olsun ki, həmin qüvvələrin qeyd etdiyimiz ərazilərə yerləşməsində əsas məqsəd sülhün bərqərar edilməsi, tərəflər arasında sülh sazişinin imzalanması istiqamətində gedən proseslərə töhfə verilməsi olsa da, bəzi məqamlarda biz bunun tamamilə fərqli formasının şahidi oluruq.

Bu sözləri “Yeni Gundem” -ə açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov bildirib.

Tamamilə əksinin şahidi oluruq. Bəzi hallarda həmin ərazilərdə, xəritələrlə bağlı təxribatın şahidi olmuşuq. Eyni zamanda, Ermənistana humanitar yardım adı altında başqa addımların atılması, daha doğrusu, orada yerləşən qanunsuz silahlı birləşmələrə münasibətdə, daha sonra qeyd etdiyimiz kimi, bizə aid olan tarixi ərazilərin fərqli şəkildə, yəni erməni dilindəki toponimlərlə, adlandırılması ilə bağlı addımların da şahidi olmuşuq.Təbii ki, buna Azərbaycanın rəsmi qaydada sərt reaksiyası olub və bu reaksiyadan sonra onlar öz addımlarında və etdikləri əməllərdə düzəlişlər ediblər. Amma hər br halda növbəti tərəfə bu cür addımların atılması bir daha ondan xəbər verir ki, bu heç də təsadüfi deyil. Bu, Rusiyada mövcud olan bəzi ermənipərəst qüvvələrin, o cümlədən də Ermənistana, oradakı qanunsuz cinayətkar rejimə dəstək nümayiş etdirmək istəyən, habelə gərginliyin və narahatçılığın daha inkişaf etdirilməsinə xidmət edən qüvvələrin işidir.

Siyasi şərhçinin sözlərinə görə Rusiya Müdafiə Nazirliyinin bu addımına bizlər hansısa formada cavab verməliyik.

“Düşünürəm ki, onların təsiri altında olan, çünki biz bilirik ki, Rusiyada həm informasiya sahəsində, həm də idarəetmə sahəsində ermənipərəst qüvvələr, hətta erməni əsilli insanların sayı kifayət qədərdir ki, onlar Rusiya boyda bir dövlətin həm xarici siyasətinə, həm də informasiya sahəsindəki addımlarına ciddi təsir göstərmək, imkanlarına malikdirlər. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində sərt reaksiya oldu. Amma hər bir halda bundan sonra hətta bu addımlarını düzəliş etsələr belə, gələcəkdə bu kimi addımların təkrarlanmaması üçün, təbii ki, Azərbaycan tərəfi də müəyyən addımlar ata bilər. Məsələn, tutaq ki, eyni qaydada biz Rusiyaya qarşı münasibətdə eyni addımları ata bilərik. Nəyə görə biz bu ilin 22 fevral tarixində Rusiya ilə Ukrayna arasında müharibə başlamamışdan öncə Azərbaycanla Rusiya arasında prezidentlər səviyyəsində strateji əməkdaşlıq haqqında bəyannamə imzalandı. Həmin bəyannaməyə görə, əslində dövlətlərdən biri müddəalarından biri də bəyannamənin müddəalarından biri də dövlətlər arasında fiziki şəxslər və yaxud hansısa bir təşkilatlar formasında, digər dövlətin ərazi bütövlüyünə, suverenliyinə qarşı hər hansı bir addımların atılması prosesinə rəvac verilməsi halı müəyyən edilərsə, həmin dövlət, yəni ərazisində bu hal baş verən dövlət dərhal bununla bağlı tədbir görməlidir. Bu gün həmin o xəritələrin tərtib edilməsi ilə bağlı Azərbaycana qarşı bu addımları atan və eyni zamanda bu adları Azərbaycana aid olan və tanınmış o toponimləri dəyişərək erməni dilində verməyə çalışan həmin qüvvələr barəsində rəsmi Moskva konkret addımlar atmalıdır və bu addımların atılmasını bizim istəyimizdən asılı deyil, bu eyni zamanda həm beynəlxalq hüquq çərçivəsində, həm dövlətlərarası münasibətlər çərçivəsində, həm də eyni zamanda ən son Azərbaycanla Rusiya arasında prezidentlər tərəfindən imzalanmış qeyd etdiyim bu bəyannaməyə əsasən tələb olunan haldır və əgər bu tələb olunan hal yerinə yetirilmirsə Rusiyanın müvafiq qurumları tərəfindən və eyni zamanda rəsmi Moskva tərəfindən həmin şəxslər barəsində dərhal qanunvericiliyi nəzərdə tutulmuş tədbirlər görülmürsə, bu halda həmin bəyannamənin şərtlərinin Rusiya tərəfindən pozulması Azərbaycan üçün həmin o bəyannaməyə yanaşma tərzini müəyyənləşdirir.
Mən hesab edirəm ki, məsələn, tutaq ki, Ukraynada Rusiyanın moskov atası ilə bağlı petisiya tərtib edilib. Bu petisiya ilə bağlı səsvermə həyata keçirilir. Yəni Ukrayna tərəfinin bunu etməkdə əsas məqsədi Rusiyanın sadəcə Moskvadan ibarət olması ilə bağlı fikir irəli sürmək istəyir. Biz bilirik ki, 17000000 kvadrat kilometrlik bir dövlətdir və həmin dövlətin ərazi vahidlərindən biri də Moskva, Moskva ətrafıdır. Hər bir halda, məsələn, tutaq ki, bu kimi petisiyaların edilməsində Azərbaycanın mövqeyi tamamilə beynəlxalq hüquq çərçivəsində olur. Amma hər bir halda bizdə də müəyyən qüvvələr tərəfindən həmin o petisiyaya qoşulması halı baş verə bilər ki, bu da təbii ki, artıq Moskvanın maraqlarına, rəsmi Moskvanın və Rusiyanın maraqlarına zidd olacaq. Təbii ki, Rusiya tərəfinin belə addımlar atılması, hətta deyərdim ki, bəzi ermənipərəst qüvvələrin təsiri altında olan şəxslər tərəfindən bu atılması əslində bizi bu kimi hallara getməyə vadar edir. Əgər onlar bu halları edirlərsə və bununla bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülmürsə, bu halda Azərbaycan tərəfi də həmin o bəyannamənin pozulmasına yol verən hallara gətirib çıxara bilən addımlar ata bilər. Amma onlar görürlər və bilirlər ki, Azərbaycan tərəfi özünün verdiyi sözlərə və verdiyi sözlərə əməl edir. Verdiyi vədlərə əməl edir və eyni zamanda, Azərbaycanın imzaladığı bütün beynəlxalq sənədlərə riayət edir, O, sənədlərlə üzərinə düşən öhdəliklərə və vəzifələrə lazımi şəkildə riayət edir. Amma bu heç də qarşı tərəfə nə Rusiyaya, nə də digər beynəlxalq hüquq çərçivəsində imzaladığımız sənədlərlə qarşı tərəflərə heç bir haqq vermir ki, onlar bizə münasibətdə həmin o üzərinə düşən öhdəlikləri yerinə yetirməsinlər və yaxud onlar öhdəliklərə zidd addımlar atsınlar. Ona görə mən düşünür, bunun qarşısı yenə də Azərbaycan tərəfindən alınacaq və bununla bağlı artıq Azərbaycan tərəfi, səhv etmirəmsə, təkrarən bununla bağlı, deməli, bəyanat yaydı və belə halların qarşısının alınması ilə bağlı mövqe bildirdi. Hesab edirəm ki, zaman zaman bu kimi hallarla bağlı Azərbaycanın müxtəlif şəxsləri səviyyəsində, hətta sülhməramlı kontingentin oradakı addımları ilə bağlı prezident səviyyəsində belə Azərbaycanın sərt mövqeyi, deməli səsləndirilib və bununla bağlı onların addımlarına düzəliş edilməsi tələb edilib və buna da nail olunub. Düşünürəm ki, bu halda o şəkildə bunun qarşısı alınacaq. Rusiya Müdafiə Nazirliyi səviyyəsində bu addımın atılması əslində regionda gərginliyin və narahatçılığın artırılmasına hesablanmış addımdır. Çünki onlar anlamalıdırlar ki, Azərbaycanın qırmızı xətti var. Azərbaycan xalqının və Azərbaycan dövlətinin qırmızı xətləri var və ən başında duran Azərbaycan dövlətinin ərazi bütövlüyü. Azərbaycan dövlətinin sərhədlərinin toxunulmazlığı Azərbaycanın suverenliyinin toxunulmazlığı və Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunması ilə bağlıdır. Mən düşünürəm ki, bu qırmızı xətləri pozan istənilən dövlət, istənilən təşkilat və beynəlxalq hüququn digər subyekti Azərbaycanın sərt təpkisi və qətiyyətli mövqeyi ilə qarşı olacaq. Hər bir halda hesab edirəm ki, bunun qarşısının alınması üçün biz yenə də eyni qaydada, o əvvəllər atdığımız addımları təkrarən davam etdirməliyik.”

Fərahim RƏHİMOV

Yenigundem.az