Rəsmi Moskvadan Qonçarukun istefasına zarafatyana münasibətbackend

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Baş Naziri Aleksey Qonçarukun istefa xəbərinə zarafatyana münasibət bildirib.

“Yeni Gündem”in xəbərinə görə, o, öz feysbuk hesabında Qonçarukun istefası barədə zarafat edərək, Ukrayna rəsmisinin rus həmkarı, Rusiyanın sabiq Baş Naziri Dmitri Medvedevdən nümunə götürərək vəzifəsindən getməyə qərar verdiyini bildirib.

“Bax, indi “qardaş xalq” ifadəsinin nə demək olduğunu başa düşdüm”, – deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti yanvarın 15-də istefa göndərib. Yanvarın 16-da Baş Nazir postuna Mixail Mişustin təyin olunub.

Putinin sərəncamı ilə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsi yaradılıb və Medvedev sözügedən posta rəhbər gətirilib.