Restoranda anti-islam lövhəsinə reaksiyabackend

Yuxarı Avstriya əyalətinin turistik Bad İşl şəhərindəki restoranın girişində İslam əleyhinə ifadələrin əks olunduğu lövhə reaksiyalara səbəb olub.

“Yeni Gundem” xəbər verir ki, İsrailin Qəzzada törətdiyi qırğın qərb dünyasında da İslam əleyhinə hərəkatlara səbəb olmaqdadır.

Buna misal olaraq Avstriyanın Yuxarı Avstriya əyalətindəki Bad İşl turizm şəhərində restoranın girişindəki lövhələri yazılan yazılar göstərilib:

“Donuz əti yeyənlərin intihara daha az meyli var”, “Statistikaya görə, donuz əti yeyən insanların özlərini və digər insanları (intihar hücumu) partlatmaq ehtimalı azdır”, – ifadələrin yer aldığı lövhə müştərilərin reaksiyasına səbəb olub.

Restoranın bir müştərisi bu işarəni sosial şəbəkədə paylaşdıqdan sonra müxtəlif dairələrdən reaksiyalar gəlib.

“Mən din düşməni deyiləm, zarafat kimi istifadə etmişəm”.

Reaksiyalar artdıqdan sonra iş sahibi Markus Hofbauer sosial media hesabından açıqlama verərək, sözügedən ifadəni internetdə gördüyünü və zarafat etmək üçün restoranın girişindəki lövhəyə yazdığını bildirib.

Hofbauer, “Təəssüf ki, sonradan bunun dinə düşmənçilik kimi baxıla biləcəyini anladım. Bu fürsətdən istifadə edib ictimaiyyət qarşısında üzr istəmək istərdim” deyib.

Hofbauer restoranla hər kəslə bərabər məsafədə olduqlarını və islamafobik yanaşmalarının olmadığını ifadə edərək, məqaləni çıxardıqlarını açıqlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal