Rəsul Tağıyev “Zəfər” ordeni ilə təltif edildibackend

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, sərəncamla Dövlət Sərhəd Xidmətinin general-mayoru Tağıyev Rəsul Afiq oğlu “Zəfər” ordeni ilə təltif edilib.

“Gündəm Media Group”un direktoru Təbriz Məhərrəmoğlu və kollektivi Rəsul Tağıyevi “Zəfər” ordeni ilə təltif olunması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, fəaliyyətində uğurlar arzulayır!