rif Quliyevin oğlu atasından danışdıbackend

“Atamın ailəsinə, insanlara sevgisi məni valeh edirdi. Onun ən çox sadəliyi mənim xoşuma gəlirdi”.

Bunu mərhum aktyorumuz Arif Quliyevin oğlu Rövşən Quliyev atasının anım günündən danışarkən deyib. Xalq artistinin övladı atasını böyük sevgi ilə anıb: “Mən fəxr edirəm ki, xalqın sevimlisi, böyük sənətkar Arif Quliyevin övladıyam. Onun yoxluğu mənim üçün bir övlad kimi çox ağırdır. O tək bizim aramızdan, evimizdən ayrılmadı. Həm də eldən ayrılıb haqq dünyasına qovuşdu. Hər kəsin son mənzili qara torpaqdır, amma ata kimi, ailə başçısı kimi ətrafımızdan tez getməyi bizi çox üzdü. Ata, səni hər gün, hər an xoş xatirələrlə xatırlayırıq. Allah sənə rəhmət eləsin.

Onun insanlara qarşı sevgisi, ailəsinə, vətəninə olan məhəbbəti böyük bir xatirə olaraq yaddaşımıza hər zaman həkk olunacaq. O, ailədə hər birimizə qarşı çox tələbkar, məsuliyyətli idi. Ən çox sadəliyi mənim xoşuma gəlirdi. Böyüklə böyük, kiçiklə kiçik kimi rəftarı məni valeh edirdi.

Sonuncu dəfə onunla danışmaq şansı olsaydı, ona deyiləsi sözlərim çox olardı. Amma indi bunu demək istəmirəm, çünki bilirəm ki artıq bu imkan yoxdur. Onunla haqq dünyasında görüşəndə yəqin ki, ürəyimi açıb deyəcəyəm”.

Qeyd edək ki, Xalq artisti yaşasaydı, bu gün 72 yaşını qeyd edəcəkdi. O, 2021-ci il mayın 7-si koronavirus səbəbindən vəfat edib. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Azvision.az