Ronaldo Xorvatiya ilə oyunu buraxa bilərbackend

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yığmanın ümumi məşqini buraxıb.

“Yeni Gündəm” xəbər verir ki, 35 yaşlı hücumçunun sağ barmağında infeksiya olduğu üçün o, komanda ilə birlikdə hazırlıqda iştirak etməyib.  “Yuventus”un oyunçusunun hazırda antibiotik müalicəsi aldığı bildirilib.

İtaliya mətbuatı isə Ronaldonun idman zalında məşq etdiyini yazıb. Onun Millətlər Liqasında sentyabrın 5-i keçiriləcək Xorvatiya ilə oyununda iştirakı sual altındadır.