Ronaldonun YENİ KLUBU AÇIQLANDI: İmzanı atırbackend

Kriştiano Ronaldo “Napoli”yə transfer olacaq.

”Yeni Gündəm” xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, hücumçunun meneceri Jorje Mendeş ikinci dəfə İtaliya təmsilçisi ilə görüşüb və razılıq əldə edilib. Məlumata görə, tərəflər müqavilənin yekun detalları üzərində danışıqlar aparır. Bildirilir ki, Ronaldo “Mançester Yunayted”də 24 milyon avro məvacib alırdı. Lakin ingilislər Çempionlar Liqasına vəsiqə qazanmadığı üçün onun məvacibi müqavilənin şərtinə əsasən 25 faiz azaldılıb və bu Ronaldonu qəzəbləndirib. Ronaldonun “Napoli”də alacağı məvacibin 20 milyon avrodan az olacağı deyilir.

Qeyd edək ki, “Mançester Yunayted” 100 milyon avroya Antonini transfer edəndən sonra Ronaldonun klubdan ayrılacağının dəqiq olduğu ifadə edildir.