Ronaldu Azərbaycan millisi ilə oyunu şərh etdibackend

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu Azərbaycan yığmasına qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununu şərh edib.

“Yeni Gündəm”-in məlumatına görə, İtaliyanın “Yuventus” klubunda çıxış edən 36 yaşlı hücumçu qələbənin vacib olduğunu bildirib.

“Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Təbriklər, komanda”, – deyə o, feysbuk profilində yazıb.

Qeyd edək ki, qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.Report