Rövnəq Abdullayev danışdı: “Hələ bilinmir ki, onlar qaziləridir, ya yox”backend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, millət vəkili Rövnəq Abdullayev Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında yaranan davadan danışıb.

Rövnəq Abdullayev Unikal.org-a eksklüziv açıqlamasında bildirib ki, baş verən hadisədən xəbərdardır:

“Bu barədə məlumatım var. Baş verən hadisədə iştirak edən şəxslər hələ dəqiq bilinmir ki, qaziləridir, ya yox. Bütün hallarda dövlət məmuruna əl qaldırmaq ağır cinayətdir”.