Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirildibackend

Qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun səhhətində problem yaranıb.

“Yeni Gündəm”-in xəbərinə görə, sabiq birlik komandiri hazırda Pentensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur.

Ədliyyə Nazirliyinin Tibb xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, R.Əkbərov xroniki xəstəlikləri olduğu üçün müalicə müəssisəsində həkim nəzarətində saxlanılır: “Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir”.