Rövşən Lənkəranskinin yaxın adamı azadlığa çıxırbackend

Mərhum qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) “sağ əli” hesab olunan 40 yaşlı Ülfət Tağıyevin (“Rufo Gəncinski”) 8 illik cəza müddəti başa çatır.

“Yeni Gündəm” xəbər verir ki, qanuni oğrunun sabah Rusiyada azadlığa çıxacağı gözlənilir.

Məlumata görə, məhkəmə tərəfindən onun Rusiyaya girişinə ömürlük qadağa qoyulur.

Bundan başqa, “Rufo Gəncinski” Rusiyadan Azərbaycana da deportasiya edilə bilər. Lakin qanuni oğruya yaxın mənbələrin bildirdiyinə görə, o bir müddətlik Azərbaycanda deyil, Türkiyədə daha dəqiq desək İstanbulda məskunlaşmağı planlaşdırır.

Ülfət Tağıyevin azadlığa çıxmasından sonra kriminal dairələrdə canlanma olacağı qeyd edilir.

Lent.az