Röya tənqid olundu: “Səhifənizdə bir şəhid haqqında heç nə paylaşmamısınız…”backend

Xalq artisti Röya Ayxan paylaşımına görə qınanıb.

“Yeni Gündəm” xəbər verir ki, imicini dəyişən sənətçi görüntülərini sosial şəbəkə hesabında paylaşıb. O görüntülərə “Hərə öz sevdiyini çağırsın” -, deyə şərh yazıb.

Müğənninin bu paylaşımı izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Onlar müharibənin yeni bitdiyini qeyd edərək Röyanı tənqid atəşinə tutub:  “Axı hələ şəhidlərimizin qanı soyumayıb”, “səhifənizdə bir şəhid haqqında heç nə paylaşmamısınız” “Müharibə yeni bitib bir az gözləyəydiniz”.