Rüfət Həsənova vəzifə verildibackend

Mədəniyyət Nazirliyi rejissor Rüfət Həsənovun qurumun Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı məlumat yayıb.

“Yeni Gündəm” xəbər verir ki, bildirilir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Qeyd edək ki, 2017-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək “Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.