Ruhi xəstəliyi olanlar sürücülük vəsiqəsini necə əldə edib? — VİDEObackend

“Elə ruhi xəstələr var ki, sürücülük vəsiqəsi var və onlar avtomobil idarə edirlər”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı “Xəzər xəbər”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova əlilliyin qiymətləndirilməsi zamanı əsas olaraq diqqət edilən məqamlara aydınlıq gətirərkən deyib.

Mətanət Məmmədova deyib ki, təmsil etdiyi qurum tərəfindən müxtəlif istiqamətdə yoxlamalar aparılarkən bu kimi faktlar aşkar edilib.

Bəzən əksinə də olur ki, sürücülük vəsiqəsi olan şəxslərin sonradan psixi xəstəliyi, ruhi xəstəliyi yaranır. Bu da təbi ki, yollarda real təhlükədən xəbər verir. Mətanət Məmmədova deyir ki, belə halların qarşısını almaq üçün qaydalara dəyişiklik edilməlidir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Priyev bildirdi ki, belə halların olması mümkündür. Çünki sürücülük vəsiqəsi almaq istəyən şəxsdən sağlamlıq haqqında arayış yalnız ilk dəfə sürücülük vəsiqəsi alınan zaman və etibarlılıq müddəti bitdiyi halda dəyişdirilərkən 60 yaşı tamam olmuş şəxslərdən tələb olunur. Lakin mövcud qanunvericiliyə görə 60 yaşı tamam olmayan şəxslərdən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün sağlamlıq haqqında tibbi arayış tələb edilmir.

Yol polisində hesab edirlər ki, sürücülük vəsiqəsi on ildən bir dəyişdirilərkən sağlamlıq haqqında arayışın tələb olunması qaydası yenidən bərpa edilməlidir. Əks halda, bu cür halların yaranması qaçılmazdır