Rus bölməsinə qəbulla bağlı yeni xəbərbackend

“Ümumtəhsil haqqında qanunun bəndlərinə uyğun olaraq digər dillərdə təhsilə qəbul müsahibə formasında aparılır və uşağın şifahi bacarıqları yoxlanılır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib. Onun sözlərinə görə, mayın 6-dan məktəbəhazırlıq və eyni zamanda I sinfə qəbul olan şagirdlər sistemə daxil olaraq müsahibəyə yazılmalıdılar:

“Ötən il pandemiya ilə əlaqədar müsahibələr onlayn idi, bu il bütün müsahibələr yenidən canlı formatda həyata keçiriləcək. Valideynlər sistemə daxil olaraq müvafiq gün və saatı seçlə bilərlər. Rus bölməsinə qeydiyyat mayın 6-dan mayın 30-na qədər davam edəcək. Mayın 10-dan 31-nə qədər isə müsahibələr keçiriləcək”.