Rus əsgəri ermənilər üçün niyə ölməlidir? – Jirinovskibackend

Hansı əsasla Rusiya Federasiyasının ordusu, rus əsgəri ermənilərə yardım etmək üçün ölməlidir? Bizə ikinci Əfqanıstan lazım deyil.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri RLDP-nın lideri Vladimir Jirinovski Rossiya-1 kanalında yayımlanan “Vladimir Solovyovla bazar axşamı” verilişindəki çıxışında deyib.

Onun sözlərinə görə, Ermənistan yalnız Rusiyanın tərkibinə daxil olduğu halda Moskva ona kömək edə bilər: “Yalnız bu halda bütün problemlər aradan qalxacaq”.