Rus ordusu Baxmutu ala bilmirbackend

Rus işğalçıları Baxmutu mühasirəyə ala bilmirlər.

“Yeni Gundem” xarici mediaya istinadən xəbər verir ki,bunu CNN telekanalına müsahibəsində Ukraynanın Şərqi Hərbi Komandanlığının sözçüsü Sergey Çerevatı deyib.

Onun sözlərinə görə, rəhbərlik şəxsi heyətinə təhlükə gördüyü zaman qoşunları geri çəkir və bunu mütəşəkkil şəkildə və panikasız edir.

Çerevatı qeyd edib ki, Ukrayna hərbçiləri hələlik şəhəri tərk etmək fikrində deyillər.

“İndiki şəraitdə bunun nə qədər zəruri olduğunu ancaq rəhbərlik görür. Və belə olan halda qərargahın iclasında müvafiq qərar veriləcək. Deyə bilərəm ki, indi belə bir qərar yoxdur”, – Çerevati bildirib.

Onun sözlərinə görə, ruslar Baxmuta hücum etmək üçün komandirləri Suriya, Liviya və digər qaynar nöqtələrdə döyüşmüş “Vaqner” qrupunun ən təcrübəli muzdlularından istifadə edir.

“Düşmən sıralarında böyük itkilər var. Və bu qəhrəmancasına döyüşlə Baxmut cəbhəsinin müdafiəçiləri düşmənə qan tökür, onu zəiflədir, sonradan gələcək və düşməni ərazimizdən atacaq ehtiyatlar üçün tramplin hazırlayırlar”, – Çerevati bildirib.

Fərahim Rəhimov