Rus ordusu Qarabağda Azərbaycan PUA-larına qarşı HƏRƏKƏTƏ KEÇDİ – Bakıya verilən ŞOK MESAJbackend

Rusiya sülhməramlıları Qarabağda növbəti dəfə hərbi təlim keçirib. Təlimlərin iki məqsədi açıqlanır:

– Dron hücumlarının qarşısını almaq;
– Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqələrində təhlükəsizliyi təmin etmək;

Ruslar Qarabağda indiyə qədər keçirdikləri təlimlərə “sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər” prinsipi çərçivəsində don geyindirə, bunları “özünümüdafiə zərurəti yaranmasına” hazırlıq kimi təqdim edə bilərlər. Lakin bu təlimlər birbaşa Bakıya ünvanlanmış mesajdır.

Birincisi, Bakı Laçın dəhlizinin humanitar məqsədlər üçün istifadə edilməməsindən narazıdır və dəhlizə vizual nəzarəti artırır: ruslar dəhlizin təhlükəsizliyini təmin etmək təlimi ilə Bakıya həm nəzarəti gücləndirdiyini, həm də “özünün hakim” olduğunu göstərir;

İkincisi, 44 günlük müharibədə dronlardan istifadə edən Azərbaycanın mümkün anti-terror əməliyyatlarında yenə PUA-ları işə salması mümkündür: Moskva bilir ki, Azərbaycan rus sülhməramlılarına atəş açmayacaq, mümkün antiterror əməliyyatları da ermənilərin qanunsuz postlarına qarşı ola bilər; buna baxmayaraq, “mümkün dron hücumlarına” qarşı təlimlə Bakıya “əməliyyatlara qarşı olduğu” mesajını verir;