Rus qoşunları Ukraynanın 31 pilotsuz təyyarəsini məhv etdibackend

Rusiya qoşunları gün ərzində Kupyansk istiqamətində 80-ə qədər ukraynalı əsgəri məhv edib.

“Yeni Gundem” rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bu gün keçirdiyi brifinqində açıqlayıb.

Brifinqdə açıqlanıb ki, Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə 31 Ukrayna pilotsuz təyyarəsini məhv etdi və 3 HIMARS MLRS mərmisini ələ keçirib.

Həmçinin Rusiya qoşunları Krasnolımansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 95-ə qədər hərbi hissəsini məhv edib.

Ukrayna Silahlı Qüvvələri gün ərzində Donetsk istiqamətində 160-a qədər hərbçisini itirib.

Rusiya qoşunları Xerson istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 40-dan çox hərbi hissəsini və ABŞ istehsalı olan M777 artilleriya sistemini məhv edib.

Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan bəri 3500-dən çox Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Rusiya Aerokosmik Qüvvələri DXR-də Ukraynaya məxsus Su-25 təyyarəsini hava döyüşündə vurub.

Ukrayna Silahlı Qüvvələri Yujno-Donetsk və Zaporojye istiqamətlərində 30-a yaxın əsgərini itirib;

Rusiya Silahlı Qüvvələri bir gün ərzində Ukrayna Silahlı Qüvvələrinin Amerika istehsalı olan üç RLS-i məhv edib.

Fərahim Rəhimov