ABŞ dövlət katibi Entoni Blinken Hindistanda keçirilən G20 toplantısında Rusiyanı BMT və Türkiyənin vasitəçiliyi ilə Ukrayna taxılının ixracı ilə bağlı razılaşmanın müddətini uzatmağa çağırıb.
“Yeni Gundem” xarici mediaya istinadən xəbər verir ki Blinken Dehlidə xarici işlər nazirlərinə deyib: “G20-nin ən həssas təbəqələrin ərzaq təhlükəsizliyini gücləndirmək üçün Taxıl Təşəbbüsünün genişləndirilməsi və genişləndirilməsini müdafiə etməsi son dərəcə vacibdir”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində Qərb ölkələrini taxıl sazişini “dəfn etməkdə” ittiham edib.
Fərahim Rəhimov