“Rusiya Astara-Rəşt yolunun açılmasını istəyir” – Politoloqbackend

Lavrovun Azərbaycana səfəri çox pozitivdir.Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq haqqında müqavilənin il dönümü ərəfəsinə təsadüf edir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq Yusif Bağırzadə bildirib.

O açıqlayıb ki,Azərbaycan və Rusiya bir neçə platformalar çərçivəsində əməkdaşlıq edir.

“Söhbət bir il öncə Azərbaycan və Rusiya arasında imzalanan Moskva bəyannaməsindən gedir.Azərbaycan və Rusiya bir neçə platformalar çərçivəsində əməkdaşlıq edir.Həm iqtisadi,həmdə digər beynəlxalq institutlarda bir birinin mövqeyinə hörmətlə yanaşmaq, Azərbaycan şirkətlərinin Rusiyada fəaliyyətləri,Rusiya şirkətlərinin Azərbaycanda fəaliyyəti bunun əyani sübutudur”.

Politoloq hesab edir ki, Rusiya bölgədə sülhün əldə olunmasında maraqlıdır.

“Səfərin əsas məqsədi Azərbaycan və Rusiya arasında bağlanan strateji tərəfdaşlıq haqqında müqavilənin müdəallarının yerinə yetirilməsi ilə əlaqədar baxışlardır.Bu gün Rusiya maraqlıdır ki,bölgədə əmin-amanlıq bərqərar olunsun.Lavrov Bakıya gəlməzdən əvvəl İran xarici işlər naziri ilə görüşündə bəyanat verdi ki,İran 3+3 formatının gündəmə gəlməsində maraqlıdır.Rusiya Astara-Rəşt yolunun açılmasını istəyir.Bundan başqa razılığa gəlinməyən məsələlər var.Lavrovun səfəri həmdə Aİ missiyasının Ermənistana gəlməsi ərəfəsində baş tutdu.Bu Rusiyanı narahat edir.Son zamanlar Ermənistanın yüksək vəzifəli şəxslərinin Rusiya Azərbaycan və Ermənistan arasında sülhün olmasında maraqlı deyil kimi bəyanatları Kreml tərəfindən ittiham kimi qəbul edildi”-deyə o qeyd edib.

Fərahim Rəhimov