Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdıbackend

Rusiyanın “Ural Airlines” aviaşirkəti oktyabrın 29-dək Azərbaycan, Özbəkistan, Qazaxıstan və Ermənistana uçuşları təxirə salmaq məcburiyyətində qalıb.

Bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, göstərilən tarixədək Krasnodar, Simferopol, Anapa, Gelencik, Rostov-na-Donu və Voronej hava limanlarına da uçuşlar ləğv edilib.

APA